Millət vəkillərimiz Gürcüstanda keçiriləcək konfransda iştirak edəcəklər

Millət vəkillərimiz Gürcüstanda keçiriləcək konfransda iştirak edəcəklər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Asəf Hacıyev "Avropa Birliyi və onun avropalı qonşuları" adlı IX beynəlxalq konfransda iştirak etmək üçün iyulun 9-da Gürcüstanın Batumi şəhərinə səfər edəcəklər. MM-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirə Avropa Birliyindən, Şərqi Avropa və Türkiyədən parlament və hökumət nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri qatılacaqlar.

Konfransda Avropaya inteqrasiya prosesinin perspektivləri müzakirə olunacaq. "Şərq Tərəfdaşlığı" ölkələrində siyasi və sosial islahatlar, demokratik transformasiya, iqtisadi inkişaf, regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriləcək.

Səfər iyulun 12-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə