Azay Quliyev: "ATƏT PA Ermənistana aydın şəkildə bəyan etməlidir ki..." - MÖVQE
in ATƏT Parlament Assamblyesının sessiyasında çıxışı
Xəbər verdiyimiz kimi, Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat qurumun XXI yay sessiyasında iştirak etmək üçün Monako Knyazlığının Monako-Vill şəhərinə səfər edib. SİA-ya verdilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Eldar İbrahimov, Rəbiyyət Aslanova, deputatlardan Fəttah Heydərov, Ağalar Vəliyev və Azay Quliyev daxildirlər.
Sessiyada Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev çıxış edib. A.Quliyevin çıxışında ilk növbədə Litvadan olan xanım Vilija Aleknaite Abramikieneya "ATƏT dəyişən region" adlı məruzəsinə görə təşəkkür edib.
Bildirib ki, məruzəçi ATƏT regionunda hələ də mövcud olan, təhlükəsizlik və stabillik üçün ən böyük təhlükələrdən biri olaraq qalan həll olunmamış və ya həlli uzadılmış münaqişələrə toxunub və digər mühüm məsələləri əhatə etməyə səy göstərib: "Xanım Vilija Aleknaite Abramikiene tamamilə haqlıdır ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması təmas xətti boyunca və bütövlükdə regionda gərginliyin hələ də davam etməsinə səbəb olur. O, ilk mühüm addım kimi atəşkəs haqqında sazişə riayət edilməsini və snayperlerin geri çəkilməsini təklif edir. Həmçinin o, insidentlər baş verdiyi zaman müfəssəl tədqiqatın aparılmasını xahiş edir. Azərbaycan tərəfi qoşunların təmas xəttində baş verən insidentlərin araşdırılmasına dair mexanizmin yaradılmasına razıdır. Amma məntiqi olaraq bu mexanizm Ermənistan qoşunlarının bizim torpaqlardan çıxmasından sonra işləyə bilər. Əgər bu baş versə snayperlərə ehtiyac olmayacaq".
Digər tərəfdən A.Quliyev məruzəçidən soruşmaq istədiyini bildirib ki, erməni snayperləri Azərbaycanın təmas xəttindən keçən ərazilərində nə edirlər: "Mən bu məsələyə aydınlıq gətirilməsini xahiş edirəm. Buna görə də hesab edirəm ki, ATƏT PA Ermənistana aydın şəkildə bəyan etməlidir ki, o status kvonun davam etməsini və işğalın qanuniləşdirilməsini qəbul etməyəcək. Bir daha vurğulamaq lazımdır ki, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlamaqla bütün beynəlxalq konvensiyaları və hüquq normalaranı kobud şəkildə pozur.
Yekun olaraq qeyd etmək istərdim ki, Azərbaycan beynəlxalq normalar çərçivəsində Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək istəyir və eyni münasibəti də qarşı tərəfdən gözləyirik".
Xatırladaq ki, bu çıxış ATƏT Parlament Assamblyesının 21-ci illik sessiyasının 6 iyul 2012-ci il tarixli iclasında səslənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB