Bakı şəhərində faəliyyət göstərən ali təhsil müəssisələrindən 1000 nəfərə yaxın tələbə xüsusi bacarıqları ilə fərqlənərək şəhərimizdə keçirilmiş "Eurovision -2012"57- ci mahnı müsabiqəsinin könüllüləri qrupunda təmsil olunmaq üçün seçilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Euroision-2012" Mahnı Müsabiqəsində işləyəcək şəxslərin seçimi ilə Gənclər və İdman Nazirliyi məşğul olub. Könülllər 4 aparıcı təşkilatın- Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, "İRƏLİ" İctimai Birliyinin, Gənclər Təşkilatlarının Milli Şurasının və Kreativ Gənclər Birliyinin xətti ilə,eləcə də sərbəst şəkildə edilmiş müraciətlər əsasında müsabiqəyə qatılıblar. Müraciət edənlər Nazirlikdə yaradılmış komissiya tərəfindən müsabiqələrdən keçdikdən sonra xüsusi təlimlərə qatılıblar. Müsabiqəyə könüllü olmaq üçün 3000 nəfərdən çox şəxs müraciət edib və ilkin mərhələdə yalnız 750 nəfər könüllü olmaq üçün seçilib.
Qeyd etmək yerinə düşər ki, müraciət edən şəxslər çox ciddi şəkildə yoxlanılıb və bal sisteminə əsasən qruplara bölünüb ki,bu da gələcəkdə tələb olunan işlərə uyğun könüllülərin cəlb edilməsində böyük rol oynayıb. 600 nəfər isə rezerv kadr kimi saxlanıb və sonradan 300 nəfərə yaxın könüllü də müsabiqədə işləmək üçün cəlb edilib. Beləliklə, nazirlik tərəfindən 1000 nəfərə yaxın könüllü bu yarışmada könüllü qismində çalışıblar. Könüllü qismində ali təhsil müəssislərinin tələbələri ilə yanaşı,müxtəlif müəssisələrdə, şirkətlərdə çalışan şəxslər də qatılıblar.
Gələcək işlərinə stimul olmaq məqsədilə nazirlik sabah "Buta Palace"-da könüllülər üçün əyləncəli gecə və sertifikatların təqdimetmə mərasimini təşkil edəcək. Mərasimdə Gənclər və İdman naziri Azad Rəhimov, Heydər Əliyev Fondu, Prezident Aparatının və digər dövlətrəsmilərininiştirakı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB