Azərbaycan Gənclər Fondu tələbə gənclər təşkilatları üçün təqdimat keçirdi

Azərbaycan Gənclər Fondu tələbə gənclər təşkilatları üçün təqdimat keçirdi

Azərbaycan Gənclər Fondu Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) təqdim olunub. Fonddan SİA-ya verilən xəbərə görə, təqdimat ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT) sədrləri üçün keçirilib. Təqdimatda fondun Layihələr və Regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov TGT-lərə fondun məqsədi, fəaliyyət istiqaməti və strukturu haqda geniş məlumat verərək, TGT-lərin layihələrinin maliyyələşdirilməsi proseduruna aydınlıq gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə