Türkdilli Dövlətlərin Universitet İdman Federasiyalarının rəhbərlərinin konfransı keçirilib

Türkdilli Dövlətlərin Universitet İdman Federasiyalarının rəhbərlərinin konfransı keçirilib

Bu gün Gənclər və İdman Nazirliyinin Gənclik Tələbə İdman Cəmiyyəti tərəfindən Türkdilli Dövlətlərin Universitet İdman Federasiyalarının rəhbərlərinin konfransı keçirilib. SİA-nın məlmatına görə, tədbirdə Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan 10 nəfərə yaxın nümayədə heyəti iştirak edib. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, ölkə başçısı İlham Əliyev Olimpiya Komitəsinin sədri olaraq idmançılara daim diqqət və qayğı göstərir: "Bütün bunlar ulu öndərimiz Heydər Əliyevin siyasəti ilə bağlıdır. Bu gün keçirilən və artıq ənənə halını almış bu tədbirin də Azərbaycanda idmanın inkişafında böyük uğura imza atacağına inanırıq. Hər bir dövlətin öndə gedən göstəricisi o dövlətin idman sahəsində əldə etdiyi uğurlarıdır".

Qeyd edək ki, tədbirdə iştirak edən Türkiyə Universitet İdman Federasiyasının prezdenti, professor doktor Kemal Taner, Türkiyə Universitet İdman Federasiyasının baş katibi Erdoğan Çelebi , Qazaxıstan Universitet İdman Federasiyasının prezidenti professor Kariant Zakiryanov və Kuzey Kıbrıs Türk Cümhuriyyəti Universitet İdman Federasiyasının prezidenti Beyhan Gurgöze iştirak edib.

Sonda tədbir iştrakçıları belə tədbirlərin davamli olacağını qeyd edib, qonaqlara isə hədiyyələr təqdim olunub.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə