Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin rektorlarına müraciət edib. TQDK-dan verilən məlumata görə, 2012–2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı əsasında keçirilən müsabiqə nəticəsində hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavrlar tələb olunan sənədləri 2012-ci il iyulun 3-dən 12-dək qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə təhsilalma formasını seçib qeydiyyatdan keçməlidirlər.
"Magistr" jurnalının 2012-ci il 4-cü sayında qarşısında təhsilalma forması "Ə/Q" (əyani/qiyabi) kimi göstərilmiş ixtisaslaşmalara qəbul olunmuş bakalavrlar qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçərkən öz arzuları ilə əyani və ya qiyabi təhsilalma formasını seçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB