Respublikanın bütün rayonlarında olduğu kimi "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na və şəhərsalmanın əsasları haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq Gədəbəy rayonunda da tikinti-abadlıq və quruculuq işləri geniş vüsət alıb. SİA-nın aldığı məlumata görə, bəzi kütləvi-informasiya vasitələrində Gədəbəy rayonunda aparılan abadlıq və quruculuq işləri ilə bağlı həqiqətə uyğun olmayan məqalələr dərc edilib.
Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrəndik. Bildirdilər ki, Gədəbəy şəhərinin mərkəzində şəhərsalma norma və qaydalarına riayət edilmədən rayon həmkarlar ittifaqının mülkiyyətində olan torpaq sahəsində Gədəbəy şəhər sakini Abdullayev Əli Bahadur oğlu tərəfindən qanunsuz tikili aparılıb. Məlumatda qeyd olunur ki, tikili Azərbaycanın xalq şairi Səməd Vurğunun adına ucaldılmış büstə kölgə salmaqla, rayon ictimaiyyətinin qəzəbinə səbəb olub: "KXCP üzvü Abdullayev Əli Bahadur oğlu şəhərin mərkəzində inşa etdirdiyi binada vaxtilə əxlaqsızlıq yuvası açmışdı. Məhz bu səbəbdən cinayət məsuliyyətinə cəlb olunmaqla müəyyən müddətdə azadlıqdan məhrum edilmişdi. Onun bu hərəkəti Gədəbəy ictimaiyyətinin haqlı nazarılığına səbəb olub. Vətəndaş cəzasını çəkib qurtardıqdan sonra təkrar olaraq öz çirkin əməllərini davam etdirir. O rayonda kriminala meylli bir vətəndaş kimi tanınır, özünü ictimaiyyət arasında qeyri-səmimi aparmaqla insanları narahat edir".
Çoxsaylı Gədəbəy ağsaqqallarının və ziyalılarının rəyi və xaişi nəzərə alınaraq, Əli Abdullayev tərəfindən qanunsuz inşa edilmiş tikilinin başqa əraziyə köçürülməsi məqsədəuyğun hesab edilib. Bundan sonra rayon rəhbərliyinin ünvanına şəhər sakinləri tərəfindən çoxsaylı təşəkkür məktubları ünvanlanıb. Bildirilib ki, şəhərdə tikiləcək müasir tipli gözəl ərazilərdən birində yeni bina ilə təmin olunacaq.
Qeyd edək ki, rayon haqqında mətbuatda dərc edilən məqalələr böhtan xarakterli olmaqla, yalandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB