YAP rəsmiləri ilə gənclər arasında maraqlı diskussiya keçirilib - FOTOLAR

YAP rəsmiləri ilə gənclər arasında maraqlı diskussiya keçirilib - FOTOLAR

Yeni Azəbaycan Partiyasının (YAP) təşkil etdiyi "Yay məktəbi" işini Lerik rayonunda davam etdirir. SİA-nın verdiyi məlumata görə, bu gün Partiyanın Sədr müavini-İcra katibi Əli Əhmədov Lerik rayonunda partiyanın fəal gəncləri ilə görüşüb. Görüş çərçivəsində keçirilən dəyirmi masada \"Azərbaycan 2020: gələcəyə baxış\" İnkişaf Konsepsiyasında gənclərin rolu mövzusu müzakirə edilib. Konsepsiyada gənclərin gələcək perspektivləri, onların ölkəmizin inkişafında rolu və bir sıra digər məsələlər diskussiya mövzusu olub.

Görüşdə istənilən mövzuda öz fikirlərini bölüşən gənclər daxili və xarici siyasətdə Azərbaycanın qazandığı uğurlardan da danışıblar. Bütün bunlarla yanaşı, partiyanın fəal gəncləri bir sıra məsələlərlə bağlı təkliflər irəli sürüblər. Partiyanın İcra katibi Əli Əhmədov, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı və millət vəkilləri Hadı Rəcəbli, Asəf Hacıyev isə gənclərin təkliflərini dəyərləndirərək suallarını cavablandırıblar.

Tədbirdən sonra YAP rəsmiləri gənclərlə xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, artıq bir neçə ildir fəaliyyətə başlayan "Yay Məktəbi" layihəsi Yeni Azərbaycan Partiyası və bütün ölkə gənclərinin təfəkkürünün formalaşdırılmasında önəmli rol oynayır.


MAMED BAĞIROV

Bütün xəbərlər Facebook səhifəmizdə