Azərbaycan Milli QHT Forumunda forumun prezidenti Rauf Zeyni ilə Ahıska Türklərinin "Vətən" İctimai Birliyinin (ATVİB) sədri İbrahim Məmmədov, sədr müavini Kamal İbrahimoğlu və birliyin Gənclər Təşkilatının sədri Orxan Faiq arasında "Ahıska Türklərinin Vətənə Qayıdışı" mövzusunda görüş keçirilib. SİA-nın məlumatına görə, MQF-nin prezidenti Rauf Zeyni ilk öncə qonaqları salamlayaraq Ahıska Türklərinin "Vətən" İctimai Birliyinin yeni seçilmiş sədri İbrahim Məmmədovu bu münasibətlə təbrik edib. O, ATVİB-in öz vətənlərinə qayıtmaq problemi ilə məşğul olan yeganə təşkilat olduğunu qeyd edib və bidirib ki, Ahıska türklərinin haqlı mücadilələrini Forum hər zaman dəstəkləyir.
Məlumat üçün bildirək ki, görüş zamanı o da qeyd olunub ki, 1997-ci ildə yaranmış təşkilat yeni adla qeydiyyatdan keçərək Ahıska Türklərinin \"Vətən" İctimai Birliyini yaratmışdır. Öz doğma yurdlarına dönmək üçün bu birliyin ayrı-ayrı ölkələrdəki şöbələri bütün səy və bacarıqlarını sərf еdir. Birlik Gürcüstan hökuməti tərəfindən irəli sürülən məsələləri müzakirə еdir, konkrеt mövqе bildirir. Onların ən başlıca tələbi ana vətənlərində kompakt şəkildə yaşamaqdır. Çünki dağınıq şəkildə yaşamaq onları bütün siyasi, iqtisadi və mədəni hüquqlardan məhrum еtmək dеməkdir. Onlar öz ana dillərində təhsil almaq, radio-tеlеviziya vеrilişləri, qəzеtləri və s. olmasını istəyir. Bir sözlə, sivil dünyanın bütün hüquqlarından yararlanmağa cəhd göstərirlər.
Rauf Zeyni onu da qeyd edib ki, "Ahısqa Türklərinin Vətənə qayıdışı" proqramı hazırlanmalıdır və MQF də bu proqrama lazım olan dəstəyini hər zaman göstərməyə hazırdır. Görüş qarşılıqlı anlaşma və fikir mübadiləsi şəklində yekunlaşıb.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB