"Transparency International" təşkilatının Gürcüstan milli bölməsi, Azərbaycan və Ermənistan milli bölmələri ilə əməkdaşlıq şəklində Cənubi Qafqazda İnformasiya Azadlığı adlı layihə həyata keçirib. SİA-nın xəbərinə görə, layihə çərçivəsində hər üç Cənubi Qafqaz ölkəsində məlumat əldə edilməsi sahəsində vəziyyət araşdırılıb. Araşdırmaların yekunu olaraq yekun hesabat hazırlanıb və ümumilikdə ölkədə və regionda informasiya əldə etmənin ümumi mənzərəsi ortaya qoyulub.
Hesabat informasiya azadlığı haqqında Cənubi Qafqaz regionuna aid olan beynəlxalq və milli standartların müfəssəl toplusudur və insan hüquqları müdafiəçiləri, hüquqşünaslar və ictimai təşkilatların, vətəndaş cəmiyyətinin və geniş ictimaiyyətin nümayəndələri tərəfindən istifadə oluna bilər. Bu kitabçanın məqsədi informasiya əldə edilməsi hüququ ilə maraqlanan bütün şəxslər üçün başlıca mənbə kimi xidmət etməkdir. Bu tədqiqatın əsas məqsədi nəzərdən keçirilən üç ölkədə informasiya azadlığı hüququ ilə əlaqədar de fakto problemlərin və çatışmazlıqların üzə çıxarılması olmasa da, informasiyanın verilməsi öhdəliklərinin müvafiq qanunlara əsasən yerinə yetirilməsi səviyyəsini öyrənmək məqsədilə bir sıra dövlət qurumlarına sorğular göndərilib və nəticələr hesabatda öz əksini tapıb.
Bu hesabat "Cənubi Qafqazda Məlumat Azadlığı " regional tədqiqat layihəsinin tərkib hissəsi kimi hazırlanıb və Çexiya Respublikası Xarici İşlər Nazirliyinin Keçid dövrünə Dəstək Proqramı çərçivəsində maliyyələşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB