“Kreativ nəsil: Gələcək bu gün qurulur” mövzusunda müzakirələr keçirilir
Bu gün Bakıda "Kreativ nəsil: Gələcək bu gün qurulur" mövzusunda müzakirələr keçirilir. SİA-nın xəbərinə görə, tədbir Gənclər və İdman Nazirliyi, Strateji Araşdırmalar Mərkəzi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə aparılır.Tədbirdə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov deyib ki, dövlət gənclərin fəal, kreativ və bir çox istiqamətlərdə peşəkar olmasını istəyir: \"Biz istərdik ki, bu müzakirələr gənclərin gündəlik müzakirə mövzusuna çevrilsin. Bu mövzu bir neçə həftə əvvəl Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "21-ci əsr Azərbaycan gəncliyi" adlı dərc olunan məqaləsindən başlayıb. Bu məqalədə Azərbaycanın əsas inkişaf istiqamətləri, əhalinin gələcəyə baxışı əsas götürülüb. Eyni zamanda kreativ nəslin gələcəyə uyğunlaşmasını özündə əks etdirir. Gələcək nəsil yeni şəraitdə, dövrdə fəaliyyət göstərir. Cəmiyyətin irəli aparılmasında gənclərin rolu böyükdür. Bu məqalə ilk növbədə modernləşmənin nədən ibarət olmasının təhlili aparılıb. Modernləşmə ilk növbədə siyasi, iqtisadi fəaliyyəti həyata keçirməkdir. Dövlət, hakimiyyət gələcək nəslin inkişafını ortaya qoyub\".
Fərhad Məmmədov həmçinin bildirib ki, bu günki tədbirdə bir neçə təqdimat da keçiriləcək: \"İlk növbədə Azərbaycanın yeni postmodern cəmiyyətə keçidi, modernləşmənin iqtisadi, siyasi, sosial, iqtisadi tərəfləri, bütün bu proseslərdə gənclərin rolu və vəzifəsi məsələləri müzakirə ediləcək. Gənclər tərəfindən səslənən təkliflər ümumiləşdirilərək Prezident Administrasiyasına göndəriləcək\".
Akademik Ramiz Mehdiyevin "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" məqaləsinə toxunan Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla bu əsəri "bizimlə səmimi söhbət" kimi dəyərləndirib: \"Akademik Ramiz Mehdiyevin yazdığı və cəmiyyətin müzakirəsinə təqdim etdiyi "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" kitabı fundamentallığı ilə yanaşı, müasir Azərbaycanımızın ideoloji konstitusiyasıdır. Həmin əsərdə bu gün Azərbaycan nədir, onu nə cür görürük, təsəvvür edirik, Azərbaycanın inkişaf meyilləri haraya istiqamətlənib, geniş təhlil olunub.Təsadüfi deyil ki, bu əsərin baxış bucağı XXI əsrə tuşlanıb. Ancaq belə hesab edirəm ki, biz bunun nəfəsini hələ növbəti əsrlərdə də hiss edəcəyik. Çünki bu ideoloji konstitusiyada ulu öndər Heydər Əliyevin Azərbaycan naminə etdiyi, gördüyü işlər bu gün onların bir ənənə kimi davam etdirilməsi, o cümlədən ölkə prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyəti çox ciddi, analitik təhlilə cəlb olunub. Cənab prezidentin həmişə işlətdiyi bir söz var ki, biz iqtisadi potensialımızı mədəni, intellektual kapitala çevirməliyik. Bu əsərdə də məhz bunun yolları çox ciddi elmi araşdırmalarla göstərilib".
O qeyd edib ki, oxuduğumuz yaxşı əsər həm də o əsərdir ki, yeni perspektivləri müzakirələrə çıxarsın, təqdim etsin:"Akademik Ramiz Mehdiyevin də məlum əsəri məhz bu amillər üzərində köklənib, yəni, bizim hər birimizin daxili narahatlığımıza səbəb olan məsələlərlə bağlı qələmə alınmış səmimi söhbət formasında öz əksini tapıb.Biz savadlı, amma vətənpərvərlikdən uzaq, bilikli, lakin millətinin, dövlətinin, xalqının dərdlərinə, problemlərinə biganə olan bir gənclikmi yetişdirməliyik, yoxsa bunların hər ikisini özündə ehtiva edən, yəni həm bilikli, həm vətənpərvər, həm savadlı, həm də dövlətinə, xalqına laqeyd olmayan gənclər yetişdirməliyik, hazırlamalıyıq? Hesab edirəm ki, biz ikinci variantı seçməliyik və elə Ramiz Mehdiyevin məlum əsərində də bu birləşmənin mexanizmləri özünü əks etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



