2-6 iyul 2012-ci il tarixləri arası Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, Gənclərin İctimai Palatasının nümayəndələrindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. SİA-nın xəbərinə görə, səfər çərçivəsində nümayəndə heyəti 4 İyul tarixində "İRƏLİ" Gənclik Mərkəzinin qonağı olub. Görüşdə birliyin baş katibi Nərmin Məmmədova, Nəzarət Komissiyası, İdarə Heyəti və mərkəz rəhbərləri iştirak edib.
Qonaqlara "İRƏLİ" faəliyyətini əks etdirən təqdimat göstərilib. Eyni zamanda "İRƏLİ"nin beynəlxalq layihələri haqda ətraflı məlumat verilib və gələcəkdə birgə əməkdaşlıq çərçivəsində görüləcək işlər müzakirə edilib. İki saat davam edən görüş səmimi və dost mühitində baş tutub. Son olaraq birgə xatirə fotosu çəkilib.
Qeyd edək ki, rusiyalı gənclərin Azərbaycana səfəri Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın dəvəti ilə reallaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB