Nazim İbrahimov: \"İranda həbsdə saxlanılan azərbaycanlı şairlər günahsızdırlar\" -MÜNASİBƏT
"İranın Azərbaycana qarşı atdığı hər bir addımla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin və bu qurumu əhatə edən diaspor təşkilatlarının öz reaksiyası var\". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. Onun sözlərinə görə, Azərbaycan heç bir dövlətin onu daxili işlərinə qarışmasına imkan verməyəcək.
N. İbrahimov həmçinin İranda həbsdə saxlanılan azərbaycanlı şairlərlə bağlı məsələnin də komitənin diqqət mərkəzində saxladığını deyib: "Ola bilər ki, bəzən görülən işlərin böyük hissəsi mətbuat səhifələrinə çıxmasın. Amma bu o demək deyil ki, biz bu məsələni diqqətdən kənarda saxlamışıq. Hesab edirəm ki, İranda həbsdə saxlanılan azərbaycanlı şairlər - Fərid Hüseyn və Şəhriyar Hacızadə günahsızdırlar və tez bir zamanda da azadlığa buraxılmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB