Ağsu rayon İcra Hakimiyyəti təkzib edir

Ağsu rayon İcra Hakimiyyəti təkzib edir

Bəzi mətbu orqanları Ağsu rayonunun Daşdəmirbəyli, Gəgəli, Bico, Keçdiməz, Qəşəd, Ləngəbiz və başqa kəndlərinə 20 günə yaxın müddət ərzində elektrik enerjisi verilmədiyini yazırlar.

SİA-nın müxbiri məsələ ilə bağlı rayon Elektrik Şəbəkəsi ilə əlaqə saxlayıb. Qurumdan verilən məlumata görə, 30 iyun 2012-ci il tarixdə saat 03:30 radələrində rayon ərazisində güclü küləklə müşayət olunan yağışın yağması nəticəsində 110-35-10 kv-luq Ağsu yarımstansiyasından qidalanan bütün 10 kv-luq elektrik verilişi xətləri qəzaya görə açılıb. Səhər saat 06:00-dan etibarən Ağsu Elektrik Şəbəkənin aidiyyəti işçiləri səfərbər olunaraq bərpa və təmir işlərinə başlanılıb. Açılmış və bərpa olunmuş xətlərin qoşulma vaxtları aşağıdakı kimi olub:


1.10 kv-luq Şəhər-1 hava xətti açılıb 04:10-da, qoşulub 09:05-də

2.10 kv-luq Şəhər-2 hava xətti açılıb 04:10-da, qoşulub 11:35-də

3.10 kv-luq Cəfərli hava xətti açılıb 03:30-da, qoşulub 11:10-da

4.10 kv-luq Sabir hava xətti açılıb 04:30-da, qoşulub 10:30-da

5.10 kv-luq Ləngəbiz hava xətti açılıb 03:30-da, qoşulub 11:55-də


Faktı Ağsu rayon İcra Hakimiyyətindən də təsdiq ediblər. Açılmalar nəticəsində nəinki qeyd olunan kəndlər, şəhər də daxil olmaqla rayonun 80% ərazisi cədvəldə göstərilən müddət ərzində elektrik enerjisiz qalıb.


Qeyd olunub ki, həmin mətbu orqanlarında verilən məlumatlar yoxlanılmayıb, böhtan xarakterli və qərəzlidir. Rayon ərazisinə fasiləsiz elektrik enerjisi verilməsi rayon rəhbərliyinin gündəlik diqqət mərkəzindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə