Bakı şəhər və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı mövzusunda dəyirmi masa keçirilib
Bu gün "SƏS" qəzetini redaksiyasında "Bakı şəhər və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən "Səs" qəzetini əməkdaşı Rövşən Hüseynov bildirib ki, Bakı şəhəri daim inkişafdadır və bu inkişafı reallaşdıran amillər var: "Tədbiri keçirməkdə əsas məqsədimiz "2011-2013-çü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı"na dair dövlət proqramının icrası ilə bağlı qərar qəbul olunduqdan sonra paytaxtımızda baş verən yenilikləri gündəmə gətirərək müzakirə etməkdir".
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib ki, cənab prezidentin başçılığı ilə Bakı şəhəri və ətraf qəsəbələrin inkişafına dair müşavirə keçirildikdən sonra artıq ölkəmizdə hər gün yeni-yeni iqtisadi və sosial islahatlar uğurla həyata keçməkdədir: "Son illər Azərbaycanın gücünün, iqtisadi potensialının artması onun siyasi nüfuzunun da yüksəlməsinə səbəb olub. İstər bu gün, istərsə də əvvəlki illərdə Bakı və ətraf qəsəbələrin abadlaşdırılması dövlət proqramına əsasən çox uğurla həyata keçirilir. Bu proqramın nəticəsi olaraq Bakı şəhərində ötən il 55 orta məktəb, 51 uşaq baxçası təmir olunub, 1 milyon 287 min kvadrat metr yol istifadəyə verilib. Bir çox məktəb və baxçaların müasir şəkildə tikilişinə və təmirinə ölkə başçısının özü şəxsən nəzarət edib. Bu il üçün nəzərdə tutulan proqramda isə ölkə ərazisində 50 milliyon vəsait şəhər və şəhər ətrafı ərazilərin, yolların təmirinə ayrılıb. Artıq ayrılan vəsaitin birinci yarım ilində 18 milyon manatlıq iş görülüb. Ümumtəhsil tədris müəssələri və yeni tədris korpusların tikilməsi üçün ayrılan 96 milliyon manatlıq vəsaitin 28 milyon manat həcmində işlər görülüb. Binaların bərpası, məhəllədaxili yolların asfalt örtüyünün çəkilməsi və ümumilikdə abadlıq işləri üçün nəzərdə tutulan 100 milliyon vəsaitin artıq 76 milyonu müqabilində işlər görülüb. Bakı şəhərinin icməli su ilə bağlı problemləri də artıq aradan qalxıb, əhalinin köçürülməsi üçün ayrılan 25 milyon manat vəsaitin 21 milyonu vətəndaşlara verilib. Belə ki, istər Fizuli küçəsi, istərsə də Bayraq Meydanında və digər ərazilərdə köçürülən insanlarlın mənzillə tam təmin olunması və onların istəklərinə uyğun əraziyə köçürülməsi üçün ölkə başçısının qərarına əsasən 1 kvadrat metr əraziyə 1500 manat vəsait verilib.
Təşkilat sədri qeyd edib ki, bu gün reallaşan tədbirlər bir daha onu göstərir ki, Bakı şəhəri dünyanın ən gözəl paytaxtına çevriləçək. Bu istiqamətdə görülən bütün işlər, deyilən faktlar real formada bizim gözümüzün önündə həyata keçirilr.
Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri İsrafil Kərimov isə Səbail rayonunda həyata keçirilən dövlət proqramından danışıb: "2011-2013-çü il Bakı şəhərinin sosial-iqtisadi inkişafının tədbirlər planına uyğun olaraq Səbail rayonunda ötən ildən bu günə kimi 40 tədbir həyata keçirilib. Ötən il prezidentimiz İlham Əliyev Səbail rayon Badamdar qəsəbəsində olarkən sosial-iqtisadi inkişafla tanış oldu. Buna əsasən 880 yerlik məktəb və 120 yerlik uşaq baxçası üçün müvafiq vəsait ayırdı. Artıq bu gün qəsəbədə bu tədbirlər uğurla həyata keçirilərək yeni məktəb və baxçalar tikilir. Bu gün Səbail rayonunda elektrik və qaz sahəsi üzrə mühüm tədbirlər həyata keçirilir. Rayon ərazisində bir il ərzində 5 orta məktəb, 2 məktəb üçün əlavə yeni korpus inşa edilib. Hazırda 2 uşaq texniki yaradıcılıq mərkəzi, 3 uşaq baxçası təmir oulnur. Bu gün də həmçinin Səbail rayonunda və Badamdar qəsəbəsində məktəb və baxça təmir edilir, yeni təhsil məktəbləri tikilir. Bütün bu quruculuq və abadlıq işlərinin hər biri prezidentimizin başçılıqı ilə həyata keçirilir.
Daha sonra Xəzər rayonunun Mərdəkan qəsəbəsi üzrə nümayəndəsi Teyyub Əliyev və Binəqədi bələdiyyəsinin müavini Zakir Məmmədov çıxış edərək həyata keçirilən islahatların sosial-iqtisadi inkişafın bariz nümunəsi olduğunu bildiriblər. Yeni yolların, keçidlərin tikilməsinin göz önündə olması və içməli su xətlərinin çəkilərməsini, yolların işıqlandırılmasını, sənaye müəssələrinin işə salınmasını, Dübəndi yaxınlığında yeni şəhər salınacağını təqdirəlayiq hal hesab ediblər.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB