Göygöl Təlim Bazasında əfqan və taciklər üçün təbrübə mübadiləsi keçiriləcək - FOTOLAR
Əfqanıstan və Tacikistandan olan bir qrup nümayəndə heyəti Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Göygöl rayonunda yerləşən bazasında olub. SİA-nın bölgə müxbirinin məlumatına görə, səfər adıçəkilən ölkələrin nümayəndə heyətlərinin Göygöldə keçiriləcək təlimlərinə hazırlıq məqsədi daşıyıb.
Əfqanıstan Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsinini rəisi Muhammad Daim Kakar və Tacikistan Dövlətinin Minalardan Təmizlənmə İdarəsinin direktoru Muhabbat İbrahimovun iştirak etdiyi tədbirdə bazanın tarixi barədə məlumat verilib. Bildirilib ki, ANAMA-nın Göygöl Təlim Bazasında mütəxəssislər tərəfindən mina və partalamayan hərbi sursatların zərərsizləşdirilməsi yönümündə yüksək peşəkarlıq səviyyəsinə malik kadırlar var.
Bundan əlavə burada əcnəbi dövlətlərin istehkamçılarına kurslar və seminarlar keçirilir. Nümayəndə heyəti də səfərdən məmnun olduğunu dilə gətirib. Bazanın ən müasir standartlara cavab verdiyini bildirən qonaqlar burada təşkil olunacaq təlimlərin Əfqanıstan və Tacikistan üçün gələcəkdə müsbət nəticələr verəcəyini bildiriblər.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB