Britaniya Konsulluğunun dəstəyi ilə Londonda "Gənclər Fəaliyyətdə" çərçivəsində "Gənclərdə demokratiyanın inkişafı " adlı seminar keçirilib. SİA-nın xəbərinə görə, tədbirə Azərbaycan, Türkiyə, Almaniya, Belçika, Fransa, İsveçrə, Gürcüstan, Rusiya, Norveç, Lüksemburq, İtaliya, İslandiya və ümumilikdə 34 ölkədən 50 nəfərə yaxın gənc qatılıb. Tədbirdə "İRƏLİ"dən birliyin üzvü Vüsalə Məmmədova iştirak edib.
Seminar çərçivəsində iştirakçılar təmsil etdikləri ölkələr və təşkilatların təqdimatını keçiriblər. Eyni zamanda gənclərə "İRƏLİ"nin yaranma tarixi, fəaliyyət istiqamətləri, layihələri barədə ətraflı məlumat verilib. Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib. Yekun olaraq tədbirdə təmsil olunan gənclər gələcək əməkdaşlıq baradə razılaşma əldə ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir
araya gətirərək təcrübə mübadiləsi yaratmaq, mövzu ilə bağlı gənclərin bilik və bacarıqlarının
artırılmasına yardımçı olmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB