“Yay məktəbi” çərçivəsində təşkil olunan menecment treninqlərinə yekun vurulub - FOTOSESSİYA
Yeni Azəbaycan Partiyasının (YAP) təşkil etdiyi "Yay məktəbi"nin ikinci günündə Lerik rayonunda gənclər arasında treninqlər və diskusiyalar keçirilib. SİA-nın verdiyi məlumata görə, proqrama uyğun olaraq əsasən ideya, layihə və uğurlu nəticə ilə bağlı menecment treninqlərinə artıq keçirilib.
Layihənin ikinci hissəsi olan treninqlə bağlı praktiki iş olub. Praktiki işlə ümumilikdə "yay məktəbi" iştirakçıları yeddi komanda halında bölüşdürülüb. Hər bir komanda özünün bir layihəsini hazırlayıb və onun təqdimatını edib. Keçirilən yarışma zamanı Qalib isə "Təsadüf" komandası olub. Bu komandanın yazdığı layihəyə əsasən gənclərdə nitq qabiliyyətinin inkişaf etdirilməsi, həmçinin psixoloji natiqlik məsələlərinin gənclərə aşılanması ilə bağlı olub. Bu da mənə elə gəlir ki, uğurlu bir layihədir və həmin komandaların və münsiflər heyətinin səs verməsi ilə həmin komanda qalib olub.
Layihədə iştirak edən bir neçə fəal gəncin fikirlərini öyrəndik.
YAP Binəqədi rayon GB-nin sədr müavini Kubra Əliyarlı:
- "Yay məktəbi" layihəsi Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi tərəfindən həyata keçirilən uğurlu layihələrdən biridir. Belə ki, bu layihə çərçivəsində partiyanın 600 nəfər fəal gəncinin Lerik və Oğuz rayonlarına 4 turdan ibarət səfərləri təşkil olunur. Öncə onu bildirim ki, layihənin həyata keçirilməsində məqsəd gənclərimiz arasında ünsiyyətin qurulması və onların bir-birini daha yaxından tanımasını təmin etməkdir. Layihənin bir özəlliyi də odur ki, bu layihə təkcə paytaxt Bakıda olan partiya fəallarını deyil, eyni zamanda, bütün regionlarda olan gənclərimizi əhatə edir. Burada onlar həm asudə vaxtlarını səmərəli təşkil edir, həm də intellektual oyunlarda və treninqlərdə iştirak edirlər.
Qeyd edim ki, layihə 5 gün müddətində həyata keçirilir. Bu vaxt ərzində gənclərimiz arasında geniş fikir mübadilələri aparılır, yeni layihələr təklif olunur. Gənclərimizin səfər çərçivəsində gördüyü işlər bununla kifayətlənmir. Burada onların tarixi yerlərə ekskursiyaları da təşkil edilir.
Yeni Azərbaycan Partiyasının GB-nin Yasamal rayon təşkilatının üzvü Nəcibə Məmmədli:
- YAP sıralarında təmsil olunan gənclər arasında ünsiyyət və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından bu cür istirahət xüsusi önəm kəsb edir: İlk qrupda gənclərlə birlikdə olmağımla böyük məsuliyyət duyuram. Çünki gənclərimiz sabahımızın, gələcəyimizin qurucuları, aparıcı qüvvələridir. Bütün bunları nəzərə alaraq, demək olar ki, bu gün ölkəmizdə gənclərə yüksək diqqət və qayğı müşahidə olunmaqdadır. Dövlət başçısı tərəfindən aparılan bu siyasət yüksək səviyyədə davam etdirilməkdədir. İctimai-siyasi proseslərdə fəal iştirak edən Azərbaycan gəncliyi müstəqil dövlətçilik ənənələrini yüksək tutur.
Yeni Azərbaycan Partiyasının GB-nin Səbail rayon təşkilatının üzvü Rüstəm Ələkbərov:
- Yeni Azərbaycan Partiyasının bu cür tədbirlərin təşkil etməsi gənclər arasında çox müsbət qarşılanır. Tədbirlərin keçirilməsi gənclərin intelektual səviyyəsi artmaqla yanaşı, onların asudə vaxtının xoş keçirməyədə şərait yaradılır. Bu cür addımlar Gələcəkdə uşaqların müxtəlif sahələrdə meyilləməsinə və təcrübə yığmasına yol açır. Məhz partiyamızın bu cür addımı biz gənclər olduqca sevindirir.
Yeni Azərbaycan Partiyasının GB-nin Yasamal rayon təşkilatının üzvü Abbasova Gülgün:
- Bu cür tədbirlərin təşkili yerində və zamanında atılan bir addımdır. Bu gün Yeni Azərbaycan Partiyası öz gücündən, imkanından istifadə edir və bu tədbirlərin həyata keçirməkdə çox böyük işlər görür. Birinci növbədə fəal gənclərimiz arasında dolğun, geniş, ətraflı fikir mübadiləsinin aparılmasına səbəb olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB