Azərbaycanlılara atəşi Rusiya xüsusi xidmətinin əməkdaşı açıb

Azərbaycanlılara atəşi Rusiya xüsusi xidmətinin əməkdaşı açıb

Dünən Rusiyanın Yaroslavl vilayətinin Borisoqleb rayonunda azərbaycanlıların da yaralanmaları ilə yekunlaşmış insident zamanı silaha ilk olaraq əl atan Rusiyanın xüsusi xidmət orqanının əməkdaşı olub. Bu məlumatı İnterfaks İnformasiya Agentliyi adını çəkmədiyi mənbəyə əsaslanaraq yayıb.


İinsidentə səbəb azərbaycanlıların musiqiyə həddən artıq çox səs vermələri olub. Həmin vaxt Rusiyanın xüsusi xidmət orqanının adı çəkilməyən əməkdaşı iki qadınla yaxınlıqdakı məkanların birində əylənirmiş. Həmin şəxs bir dəfə həmkarlarımıza yaxınlaşaraq musiqinin səsini aşağı salmağı tələb edib. Lakin sözü yerə salınıb. Belə olduqda o, silaha əl atıb və açdığı atəş nəticəsində üç nəfər yaralanıb.


Mənbə azərbaycanlıların da borclu qalmadığını bildirib. Onlar da haradansa tapança əldə edərək atəş açan şəxsi cəzalandırıblar. Nəticədə həm Rusiya xüsusi xidmətinin əməkdaşı, həm də onun dostu ağır yaralanıb.


Qeyd edək ki, Borisoqleb rayonunun rəhbərliyi hələlik məsələ ilə bağlı rəsmi məlumat vermir. Rayonun mərkəzi xəstəxanasının qarşısına azərbaycanlılar axışdığına görə əraziyə OMON-çular cəlb edilib ki, yeni konflikt yaşanmasın.

Bütün xəbərlər Facebook səhifəmizdə