Sədaqət Vəliyeva: \"YAP-nın təşkil etdiyi “Yay məktəb”i gənclərin partiyamıza sevgisini daha da artırır\" - MÖVQE
Mən partiyanın funksioneri kimi qeyd edə bilərəm ki, tədbirlərin təşkili yerində və zamanında olan bir tədbirdir. Bunu SİA-ya açıqlamasında YAP Nizami rayon təşkilatının sədri, millər vəkili Sədaqət Vəliyeva deyib.
\"Bu gün partiyamız öz gücündən imkanından istifadə edir və bu tədbirlərin həyata keçirməkdə çox böyük işlər görür. Birinci növbədə bizim fəal gənclərimiz arasında dolğun, geniş, ətraflı fikir mübadiləsinin aparılmasına səbəb olur. Bu tədbirlər zamanı gənclər arasında dostluq, bərabərlik və birlik yaranması, onlar arasında olan kollektivçiliyin inkişaf etdirilməsi, bir nəfər \"hamı üçün, hamı bir nəfər üçün\" ideyalarının inkişafı çox önəmli məsələlərdən biridir. İlk növbədə burda gənclərin böyük intelektual səviyyəsinə önəm veririlir\", - deyə millət vəkili qeyd edib.
S.Vəliyeva bildirib ki, \"Yay məktəbləri\"ndə hər bir sahədən olan gənclər rast gəlmək olar: \"İstər ali təhsilli, istər ortatəhsilli gənclərə var. Bunların bir yerdə bir-biri ilə ünsiyyətdə olması çox böyük əhəmiyyət kəsb edir. Bu da uşaqların intelektual səviyyəsinin artmasında əhəmiyyətli rol oynayır. Gələcəkdə uşaqların müxtəlif sahələrə meyilləməsinə və təcrübə yığmasına yol açır\".
Millət vəkili bir məsələni də qeyd edib ki, hər bir şəxsin imkanı istənilən səviyyədə deyil: \"Bunun üçün ailələrində maddi durumunu nəzərə almaq lazımdır. Məsələn, elə bir ailənin imkanı var ki, uşağını bir yerə aparsın, beş ulduzlu oteldə dincəlsin. Ancaq elə ailə də var ki, imkanı yoxdur uşaqına hər hansı bir istrahəti təşkil etsin. Lakin bu gün YAP təşkil etdiyi "Yay məktəbi" çərçivəsində gənclər bir yerdə istirahət edirlər. Bu cür addım bir daha partiamızın, dövlətimizin və cənab Prezidentimizin gənclərə nə dərəcədə önəm verdiynin təzahürüdür. Belə olan təqdirdə bizim gənclərimizin partiya və dövlətə olan inamını daha da artırır. Bu gün gənclər dövlətimizin qayğısı altındadır\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB