Estoniya Parlamentinin spikeri AMEA Şamaxı Astrofizika Rəsədxanasında olub
Azərbaycanda rəsmi səfərdə olan Estoniya Respublikası parlamentinin spikeri xanım Ene Erqma və onun başçılıq etdiyi nümayəndə heyəti AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında qonaq olublar. SİA-nın xəbərinə görə, Ene Erqmaya Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən rəsədxanada aparılan yenidənqurma işlərinin gedişi barədə geniş məlumat verilib.
Rəsədxanada aparılan elmi tədqiqatlar və son illər əldə olunmuş yeni nəticələr, fəaliyyət göstərən teleskoplar və qurulması nəzərdə tutulan daha böyük teleskop, cihaz və avadanlıqlar və bu istiqamətdə görülən yeni işlərin aparılması barədə məlumatlar spikeri bir astrofizik kimi xüsusi maraqlandırıb. Gələcəkdə Estoniya astronomları ilə Azərbaycan astronomları arasında sıx əlaqələrin yaradılması xüsusi qeyd olunub. Xanım E.Erqma rəsədxananın yeni konfrans zalları, iş otaqları və yeni yaradılmış astronomiya tarixi muzeyi ilə tanışlıqdan sonra xatirə kitabına öz ürək sözlərini və arzularını yazıb.
Sonda xanım Ene Erqma dövlət xadimi və bir elm adamı kimi, Azərbaycan Respublikası Prezidentinin Şamaxı Astrofizika Rəsədxanasının timsalında elmə göstərdiyi diqqətini xüsusi qeyd edib, görülən işlərdən çox məmnun qaldığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB