Amerika Ticarət Palatası (AmCham) yenicə istismara verilmiş Jumeirah otelinin dənizsahili hissəsində tarixində ən böyük tədbirinə ev sahiblik edib. SİA-nın xəbərinə görə, Amerikanın Müstəqillik Gününə həsr olunmuş piknikdə 1600-dən artıq qonaq iştirak edib. Axşam saat 17:00-dan sübhə qədər davam edən piknikdə, AmChamın üzv şirkətlərinin əməkdaşları, onların ailə üzvləri, eləcə də AmChamın dost və partnyorları iştirak edib. Azərbaycan və Amerika dövlət himnlərinin sədaları ilə başlayan tədbirin rəsmi hissəsi, Amerikanın səfir əvəzi Adam Sterlinq və AmChamın prezidenti Daniel Metyusun təntənəli nitqi ilə tamamlanıb.
Daha sonra, qonaqlara barbekyu üslubunda hazırlanmış yemək və sərinləşdirici içkilərlə yanaşı, müxtəlif mərhələrdən ibarət olduqca maraqlı əyləncəli proqram da təqdim olunub. Ən kiçik qonaqlarımız üçün isə Gymboree uşaq tədris mərkəzinin hazırladığı "feys art", müxtəlif şən və əyləncəli oyunlar və s. ibarət ayrica bir proqram da təşkil olunub. Tədbir böyük bir atəşfəşanlıq və diskoteka ilə başa çatıb.
Hər zamankı kimi bu il keçirilən piknik də özündə dostluq və mehribanlıq abu-havasını əks etdirdiyinə görə qonaqlarımıza qeyri-adi bir məkanda ailə üzvləri ilə dolğun və şən bir Şənbə günü keçirmək və eyni zamanda iş yoldaşları və partnyorlarla gərgin iş ilini başa vurmaq üçün əla bir fürsət olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB