YAP-ın fəal gəncləri Lerik rayonunun “Uzunömürlülər” muzeyində olublar-FOTOSESSİYA

YAP-ın fəal gəncləri Lerik rayonunun “Uzunömürlülər” muzeyində olublar-FOTOSESSİYA

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Yay məktəbi" layihəsi çərçivəsində iştirakçı gənclər Lerik rayonunda "Uzunömürlülər" muzeyində olublar. SİA-nın düşərgədə iştirak edən müxbirinin verdiyi məlumata görə, Lerikin ən qocaman sakinlərinin fotolarına diqqət yetirən gənclərimiz bir daha Lerik əhalisinin tarixi ilə yaxından tanış olublar. Muzeyin direktoru Dilarə Fətullayeva bu yaşlı nəslin sakinlərindən söz açmaqla yanaşı uzunömürlü olmağın sirlərindən də danışıb.


Daha sonra tarix və diyarşünaslıq muzeyi ilə yaxından tanış olan fəal gənclər burada qədim eksponatları izləməklə yanaşı onların tarixi ilə də yaxından tanış olublar. Burada arxeoloji qazıntılar zamanı tapılan bir çox əşyalar gənclərin diqqətini xüsusilə cəlb edib. Fondun direktoru Cabbar Zülfiyev gənclərimizə tarixi eksponatlar haqqında ətraflı məlumat verib.


Sonra maraqlı diskussiyalar keçirən partiyanın fəalları əhəmiyyətli fikir mübadilələri aparırıb, intellektual və interaktiv oyunlar təşkil ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə