YAP Gənclər Birliyinin Yay məktəbi Oğuzda da öz işinə başlayıb

YAP Gənclər Birliyinin Yay məktəbi Oğuzda da öz işinə başlayıb

İyul ayının 2-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkil etdiyi "Liderliyə gedən yol" Yay məktəbi öz işinə başlayıb. Məktəb çərçivəsində gənc fəallar Oğuz rayonunda olublar. SİA-nın verdiyi məlumata görə, rayonla ümumi tanışlıqdan sonra rayon gəncləri ilə görüş təşkil edilib və müxtəlif məsələlər ətrafında qarşılıqlı fikir mübadilələri aparılıb.


Qeyd edilib ki, bu gün cəmiyyətimizdə gənclərin fəallığı olduqca yüksək səviyyədədir və gənclər milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşib. Bu gün Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi gənclər siyasəti sayəsində gənclərin potensialından səmərəli istifadə edilməkdədir.


Daha sonra "Afra-otel" kurort və biznes mərkəzində gənclərin iştirakı ilə diskussiya təşkil edilib və müxtəlif məsələlərə dair fikir mübadilələri aparılıb.


Çıxış edən gənc fəallar bildiriblər ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin hər il təşkil etdiyi yay məktəbləri gənclərin bilik və mühüm əhəmiyyət kəsb edir. YAP-ın gənclər siyasətinin əhəmiyyətinin vurğulandığı müzakirələrdə gənclərin partiya ətrafında sıx birləşdiyi qeyd edilib.


Vurğulanıb ki, əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir ki, bu da milli həmrəylik və bütövlüyə əhəmiyyətli töhfələr bəxş edir.


İctimai müzakirələrdən sonra gənclərin iştirakı ilə interaktiv oyunlar, əyləncə xarakterli tədbirlər keçirilib.


Yeri gəlmişkən, yay məktəbində iştirak edən gənclər də məktəbin işini və keçirilmə səviyyəsini olduqca yüksək səviyyədə qiymətləndiriblər. Məsələn, Xalid Məcidov qeyd edib ki, YAP Gənclər Birliyinin təşkil etdiyi yay məktəbi hər zaman öz səmərəli nəticələri ilə yadda qalıb: "Mən artıq bir neçə dəfədir ki, düşərgələrdə iştirak edirəm. Deyə bilərəm ki, yay məktəbləri gənclərin fəallığının yüksəlməsi, intellektual potensialının artması üçün xüsusi əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, gənclər cəmiyyətimizdə cərəyan edən ictimai-siyasi və sosial-mədəni proseslərdə fəal təmsil olunurlar".


Xəyal Səfərov isə qeyd edib ki, yay məktəbləri gənc fəallar üçün həm təcrübə, həm də bilik mənbəyidir. Yeni Azərbaycan Partiyasının hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərdiyini söyləyən X.Səfərovun sözlərinə görə, gənclərin fəaliyyəti üçün bu gün cəmiyyətimizdə bütün imkanlar var və hər bir gənc özünün yaradıcı potensialından səmərəli istifadə edə bilir: "Belə bir yay məktəbi təşkil etdiyinə görə YAP Gənclər Birliyinə bir daha öz təşəkkürümüzü bildiririk".


"Oğuz rayonuna səfərimiz çərçivəsində maraqlı diskussiyalar keçirir, əhəmiyyətli fikir mübadilələri aparırıq. Eyni zamanda, intellektual və interaktiv oyunlar keçiririk ki, bu da gənclər arasında ümumi inteqrasiyanı sürətləndirir. Düşünürəm ki, YAP Gənclər Birliyinin təşkil etdiyi yay məktəbi gənclərin asudə vaxtının səmərəli dəyərləndirilməsi, onların bilik və bacarıqlarının aşkara çıxarılması baxımından xüsusi önəm kəsb edir". Bunu isə Zamiq Əhədov deyib.


\"\"


\"\"


\"\"


NURLAN

Bütün xəbərlər Facebook səhifəmizdə