\"İrəli\"nin sədri ABŞ-da səfərdədir

\"İrəli\"nin sədri ABŞ-da səfərdədir

"İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev ABŞ Dövlət Departamenti tərəfindən həyata keçirilən IVLP proqramının iştirakçısı olaraq ABŞ-da səfərdədir. SİA-nın xəbərinə görə, ABŞ-ın cari siyasi, iqtisadi və sosial məsələlərinin daha çox toxunulduğu 3 həftəlik səfər müddətində iştirakçılar Vaşinqton, Filadelfiya, Nyu-York şəhərlərində olub, Birləşmiş Millətlər Təşkilatı, Senat və Kongress, Ali Məhkəmə, Dövlət Departamenti, müstəqil araşdırma mərkəzləri, qeyri-hökumət təşkilatları nümayəndələri ilə müxtəlif səviyyəli görüşlər keçiriblər. Görüşlər zamanı qarşıdan gələn seçkilər, ABŞ-ın daxili və xarici siyasətinin əsas istiqamətləri, Avropa-ABŞ münasibətləri, enerji təhlükəsizliyi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Vaşinqtonda olduğu müddətdə Rauf Mərdiyev eyni zamanda Azərbaycanın ABŞ-da fövqəlada və səlahiyyətli səfiri Elin Süleymanovla və Azərbaycan icmasının nümayəndələri ilə görüşüb.


Qeyd edək ki, IVLP ABŞ Dövlət Departamenti tərəfindən 1940-cı ildən başlayaraq həyata keçirilən peşəkar mübadilə proqramıdır. Proqramın məqsədi digər ölkələrin liderlərinin ABŞ-la tanışlığı və tərəflər arasında qarşılıqlı anlaşmanın əldə olunmasıdır. İyul ayının 8-nə kimi davam edəcək səfərdə Avropanın müxtəlif ölkələrindən millət vəkilləri, dövlət nümayəndələri, jurnalist, hüquqşünas, araşdırmaçı, siyasi və ictimai xadimlər iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə