TANAP layihəsi Türkiyə və Rusiya arasında qalmaqala yol açıb. Belə ki, Rusiyanın "Qazprom" şirkəti bəyan edib ki, Türkiyə Azərbaycanla Transanadoli Qaz kəməri Layihəsinə dair razılaşma imzaladıqdan sonra qış aylarında da qazı Bakıdan almalı olacaq. "Qazprom" Türkiyənin xahişi ilə qış aylarında qazın ixrac həcmini artırmışdı. Qeyd edək ki, Türkiyənin qaza olan tələbatı əsasən, Rusiyanın və İranın hesabına ödənilir. Bu yaxınlarda İran və Azərbaycan qazını Türkiyəyə nəql edən kəmərlərin PKK tərəfindən partladılmasından sonra Ankara "Qazprom"dan alınan qazın həcmini təcili artırmağı xahiş etmişdi. Rusiya şirkəti həmin xahişə əməl edib.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB