Ombudsman Ədliyyə Nazirliyinə müraciət ünvanlayıb

Ombudsman Ədliyyə Nazirliyinə müraciət ünvanlayıb

İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) növbəti qısamüddətli başçəkmə həyata keçiriblər. SİA-nın xəbərinə görə, müəssisə rəhbərliyi tərəfindən bu qrupun fəaliyyəti üçün lazımi şərait yaradılıb. Başçəkmə zamanı müəssisənin bir sıra obyektlərinə baxış keçirilib, saxlanılma şəraiti və məhkumlara qarşı rəftar araşdırılıb.

MPM qrupunun həmin müəssisəyə cari ilin aprelində keçirdiyi başçəkmə zamanı verilən bir sıra tövsiyələr də nəzərə alınaraq, Ədliyyə Nazirliyinin tapşırığı ilə müəssisədə xeyli işlər görülüb, CÇM-in bir çox obyektlərində, o cümlədən cərimə təcridxanasında təmir işləri yekunlaşdırılıb.

Cərimə təcridxanasında qəbul edilmiş 24 nəfər məhkum saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyib, məhkumlar üçün yaradılmış şəraitə görə Ədliyyə nazirinə öz təşəkkürlərini çatdırmağı xahiş ediblər.

MPM-in rəhbəri olan Ombudsman başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət ünvanlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə