Gənclər Təşkilatları Milli Şurasının yeni sədri seçilib - FOTO

Gənclər Təşkilatları Milli Şurasının yeni sədri seçilib - FOTO

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yeni sədri seçilib. SİA-nın xəbərinə görə, bu barədə bu gün Beynəlxalq Muğam Mərkəzində təşkilatın XII Qurultayının qərarlaşdırılıb. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yeni sədri Şahid Seyidov seçilib.

Qurultayın açılışdan çıxış edən təşkilatın baş katibi Orxan Ərəbov Milli Şuranın ötən illər ərzində gördüyü işlər, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Sonra isə ARGTMŞ-nın keçmiş sədri Fuad Muradov bildirib ki, ölkədə gənclərə xüsusi diqqət və qayğı göstərilir. Onun sözlərinə görə, milli şuraya rəhbərlik etdiyi 8 il müddətində də uğurlu işlər görülüb, bir çox gənclər təşkilatını bir araya toplamaq mümkün olub.

Gənclər və idman naziri Azad Rəhimov isə çıxışında şuranın yaradılması ilə ölkədə yeni gənclər platformasının əsasının qoyulduğunu dyeib: "Şura 9 təşkilatla işə başlasa da, hazırda 70-dən artıq rəşkilatı özündə birləşdirir. Bu gün Azərbaycanda 220-dən artıq gənclər qeyri-hökumət təşkilatı var. Istərdik ki, bütün bu təşkilatlar bu şuranın ətrafında birləşərək birgə fəaliyyət göstərsinlər. Hazırda Azərbaycan sürətlə inkişaf edir, yeni uğurlara imza atır. Təbii ki, bunlarla gənclər də ayaqlaşmalıdır. Bu istiqamətdə də ölkədə gənclərə xüsusi diqqət və qayğı göstəriliir, gənclərlə bağlı yeni islahatlar və dəyişikliklər baş verir.

Prezidenti Administrasiyasının Siyası təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə bildirib ki, təşkilat yarandığı gündən bu günə kimi keçdiyi yollar səmərəli və işlək mexanizmin qurulmasına imkan verdi. Onun sözlərinə görə, ilk illər ərzində də qarşılaşdığı bir çox çətinliklərə baxmayaraq, Şura yaşayıb və mərhələli şəkildə inkişaf edib. E.Aslanov qeyd edib ki, Milli Şuranın Azərbaycan gəncliyinin inkişafı üçün yaradılıb: "Bu gün Milli Şura Azərbaycanın hərəkətverici və önəmli yer tutan gənclər təşkilatıdır. Bu gün milli şuranın davamçılarının bir çoxu Prezident Administrasiyası, Milli Məclis, nazirliklər və bir sıra qurumlarda təmsil olunur. bu təşkilata dövlətin dəstəyi hər zaman olub və bundan sonra da davam etdiriləcək. Təşkilat da bundan sonra sıralarındakı təşkilatların sayını artırmalı və işin səmərləliliyini artırmalıdır".

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov isə şura üzvlərinin milli maraqlara sədaqətli olduqlarını, şəxsi fədakarlıq göstərdiklərini qeyd edib.

Qeyd edək ki, qurultayda şura sədrliyinə namizədlər Mirhəsən Seyidov, Gülsel Sədərova və Şahin Seyidzadə təqdim olunublar. İclasın davamında Şahin Seyidzadə ARGTMŞ-nın yeni sədri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə