Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə iyulun 2-də Ankarada rəsmi səfərdə olacaq.
SAM-dan SİA-ya verilən məlumata görə, səfər müddətində F.Məmmədovun Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri ilə müzakirəli görüş nəzərdə tutulur.
Qeyd edək ki, 2011-ci ildə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzi arasında imzalanan protokola əsasən iki tərəf arasında davamlı müzakirəli görüşlər keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB