Rusiya Gənclər İttifaqı “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olub - FOTO
Rusiya Gənclər İttifaqının sədri Krasnoruçkiy Pavel Paveloviç, Beynəlxalq əlaqələr departament rəhbərinin köməkçisi Lasariya Aynar Otarieviç "İRƏLİ" Gənclik Mərkəzinin qonağı olub.
Mərkəzdən SİA-ya verilən məlumata görə, görüşdə "İRƏLİ" İctimai Birliyinin baş katibi Nərmin Məmmədova, Nəzarət Komissiyasının sədri Xəqani Fərəcov, "İRƏLİ" İdarə Heyətinin nümayəndələri Cavid Osmanlı, Azər Abdullayev, mərkəz rəhbərləri və "İRƏLİ" fəalları iştirak edib. İlk olaraq qonaqlar "İRƏLİ" Gənclik Mərkəzini gəzib, "İRƏLİ" Radio, "İRƏLİ" Prodakşn, Kitabxana, "Təlim və Karyera" mərkəzi ilə tanış olmublar və fəaliyyəti yüksək qiymətləndiriblər.
Daha sonra qonaqları salamlayan "İRƏLİ" İctimai Birliyinin baş katibi Nərmin Məmmədova birliyin fəaliyyət istiqamətləri, təşkilatın strukturu, həyata keçirilən son layihələr haqda qonaqlara ətraflı məlumat verib. Görüş əsnasında müxtəlif sahələrdə birgə görülə biləcək layihələr, gələcək fəaliyyət perspektivləri müzakirə olunub. Eyni zamanda görüşdə təşkilatın strukturu, fəaliyyət istiqamətləri və layihələri barədə geniş məlumatı özündə əks etdirən təqdimat göstərilib.
Qeyd edək ki, görüşün sonunda qonaqlarla birgə xatirə fotosu çəkilib və "İRƏLİ"nin fəaliyyətini əks etdirən hədiyyələr təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB