Ölkəmizdə akkreditə olmuş bir çox xarici ölkələrin səfirlikləri ilə əməkdaşlıq edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri bu dəfə Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçlə görüşəcək. ATGTİ-dən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Serbiya arasından ikitərəfli əlaqələrin inkişafı, ölkələrimizdəki QHT-lərlə, əsasən da tələbə təşkilatları ilə Serbiya Respublikasında fəaliyyət göstərən tələbə təşkilatları arasında əməkdaşlığın qurulması və inkişafı məsələləri müzakirə olunacaq. Görüşdə həmçinin ATGTİ tərəfindən Serbiya və Azərbaycan tələbələri arasında ilk tələbə təcrübə proqramının və Serbiya səfirliyinin dəstəyi ilə belə bir proqramın həyat keçirilməsi təkliflərinin irəli sürülməsi nəzərdə tutulur. Görüşdə eyni zamanda səfir Vayoviçə ittifaqın fəaliyyəti və həyata keçirdiyi irimiqyaslı layihələrlə bağlı ətraflı məlumat veriləcək, ATGTİ-nin nəşrləri təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB