KİV layihələrinin maliyyələşdirilməsilə bağlı keçirilən müsabiqənin nəticələri açıqlandı - SİYAHI

İyunun 29-da Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyində 2012-ci ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsinin dayandığını bildirib.


Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli iyunun 7-dən 27-dək Fonda, 30 qəzetin layihə təklifi ilə müraciət etdiyini deyib.


Vüqar Səfərli Fondun ekspertlərinin 2012-ci ilin I yarımilində apardıqları monitorinqlərin nəticələrinə əsasən, maliyyə vəsaiti ayrılmış bəzi qəzetlərdə müqavilə şərtlərinin pozulduğunu da Şura üzvlərinin diqqətinə çatdırıb. O eyni zamanda bəzi qəzetlərin müsabiqəyə saxta sənədlərin təqdim etdiyini və gələcəkdə bununla bağlı qaydaların sərtləşdirilməsi zərurəti yarandığını bildirib.


Sonra layihə təklifləri Fondun Müşahidə Şurasının müzakirəsinə verilib. Müzakirələrdə çıxış edən Müşahidə Şurasının üzvləri bundan əvvəlki layihələrin icrasında yol verilən qüsurların aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıblar. Şura üzvləri qüsur və çatışmazlıqları aradan qaldırmayan qəzetlərə qarşı sərt sanksiyaların tətbiqi ilə bağlı təkliflər də səsləndiriblər.


Müzakirələrin yekunu olaraq son 3 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 2000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 750 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlərə maliyyə yardımının ayrılması məqsədəuyğun sayılıb.


Müzakirələrdən sonra Müşahidə Şurasının üzvləri Fondla imzaladığı müqavilənin şərtlərinə əməl edən 29 qəzetə maliyyə yardımının ayrılması ilə bağlı qərar qəbul ediblər.


İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, ATƏT-in KİV azadlığı üzrə nümayəndəsinin ofisinin və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə bu ilin oktyabr və noyabr aylarında "İctimai nümayişlərdə KİV əməkdaşlarının təhlükəsizliyi" və "Jurnalistlərin hökumətin malik olduğu informasiyaya çıxışı" mövzusunda keçirilməsi nəzərdə tutulan seminarlarla bağlı məsələ də müzakirəyə çıxarılıb. Müzakirələrdə çıxış edən Şura üzvləri adı çəkilən mövzularla əlaqədar seminarların təşkil edilməsini vacib sayıblar. Sonda Fond tərəfindən sözü gedən tədbirlərin dəstəkləməsi barədə qərar qəbul edilib.


Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2012-ci ilin II yarısında maliyyə yardımı ayırdığı qəzetlərin siyahısı.


№ Qəzetin Adı Məbləğlər


1. "Yeni Azərbaycan" qəzeti 50 000

2. "Səs" qəzeti 50 000

3. "Kaspi" qəzeti 50 000

4. "Mövqe" qəzeti 50 000

5. "Ədalət" qəzeti 50 000

6. "Ayna-Zerkalo" qəzeti 50 000

7. "525-ci" qəzet 50 000

8. "Bakı-Xəbər" qəzeti 50 000

9. "Yeni Müsavat" qəzeti 50 000

10. "Olaylar" qəzeti 50 000

11. "Ekspress" qəzeti 40 000

12. "Paritet" qəzeti 30 000

13. "Palitra" qəzeti 30 000

14. "Azadlıq" qəzeti 30 000

15. "Paralel" qəzeti 30 000

16. "Həftə İçi" qəzeti 30 000

17. "Azad Azərbaycan" qəzeti 30 000

18. "Şərq" qəzeti 30 000

19. "Xalq Cəbhəsi" qəzeti 30 000

20. "Futbol+Qol" qəzeti 30 000

21. "Üç Nöqtə" qəzeti 20 000

22. "Novoye Vremya" qəzeti 20 000

23. "Olimpiya Dünyası" qəzeti 15 000

24. "Oxu Məni" qəzeti 10 000

25. "Azernews" qəzeti 10 000

26. "Reytinq" qəzeti 8 000

27. "Təhsil Problemləri" qəzeti 5 000

28. "The Business Times" qəzeti 5 000

29. "Bütöv Azərbaycan" qəzeti 5 000

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...