Politoloq Ərəstun Baxışəliyev: Avropa Azərbaycandakı investisiyalarını qoruyur

Politoloq Ərəstun Baxışəliyev: Avropa Azərbaycandakı investisiyalarını qoruyur
Cənubi Qafqaz regionunda müharibə başlayarsa Avropanın Azərbaycana qoyduğu investisiyalar böyük təhlükə ilə üzləşə bilər. Politoloq Ərəstun Baxışəliyevin sözlərinə görə, son dövrlər cəhbə xəttində baş verən hadisələr Dağlıq Qarabağın donmuş münaqişə olmadığını təsdiqləyir. Avropa Qafqazda hər zaman partlayışın olcağından ehtiyat edir. Politoloq qeyd etdi ki, bu investisiyaların təhlükə altına girməsi riski böyükdür. Ona görə Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün səylərinin artırdığını görürük. Bunun digər bir səbəbini başqa faktorla əlaqələndirmək olar. Qeyd edək ki, rəsmi Bakı münaqişənin həllində ciddi təkid nümayiş etdirir. Ölkə rəsmiləri Azərbaycanın münaqişə həll olunmadığı təqdirdə qoşulmama hərəkatından çıxıraq digər bloklara girəcəyi ilə bağlı bəyanat vermişdi. Bundan sonra Avropa Birliyi münaqişənin həll olunması ilə bağlı bəyanat səsləndirdi. Daha sonra NATO-nun Çikaqo sammitində münaqişə ilə bağlı qətnamə qəbul olundu. Ərəstun Baxışəliyev qeyd etdi ki, Avropanın enerji təhlükəsizliyində 3 əsas bölgədə mühüm rol oynayır. Bu bölgələrdən biri Yaxın Şərq, Xəzər hövzəsi və Rusiyadır. Avropa öz enerji təhlükəsizliyini təmin etmək üçün bu bölgələrdə davamlı olaraq iş aparır. Yaxın şərqdəki vəziyyət Avropanın enerji məsələsini təhlükə altında qoyur. Xəzəryanı bölgədə də müharibənin başlanması təhlükəsi Avropanın enerji məsələsi üçün müsbət heç nə vəd etmir. Ona görə də Avropa Qafqazda mühribənin olması tərəfdarı deyil. Politoloqun fikirncə, TANAP layihəsidə Avropanın enerji təhlükəsizliyinə hesablanmış layihədir. Bu səbəbdən də Avropa TANAP-ın baş tutması üçün münaqişənin həllində səylərini artırır.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə