Gənc alimlər üçün respublika miqyasli müsabiqə başa çatıb

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Gənc Alimlər Şurasının təşkil etdiyi Yer elmləri sahəsində ən yaxşı elmi tədqiqat işi üzrə respublika miqyaslı II müsabiqə başa çatıb. Geologiya İnstitutundan SİA-ya verilən məlumata əsaəsn, bu ilin fevralında elan edilmiş müsabiqəni 6 nəfər qazanıb.

Xatırladaq ki, müsabiqədə yaşı 35-ə qədər olan doktorant, magistr, bakalavr və elmi tədqiqat aparan digər gənclər qatılıb. Layihəyə Geologiya İnstitutundan əlavə, Coğrafiya, Kimya və Radiasiya problemləri institutları, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Dövlət Neft Akademiyası və Bakı Dövlət Universitetindən elmi məqalələr təqdim olunub.

Gənc Alimlər Şurasının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasovun dediyinə görə, birinci yeri tutan elmi tədqiqat işinin müəllifinə 800, ikinci 400, üçüncü yerin sahibinə isə 250 manat mükafat nəzərdə tutulub. Qaliblər arasında həvəsləndirici mükafatlar da alanlar vardır.

Qeyd edək ki, müsabiqə Azərbaycan Geoloqları Milli Komitəsinin dəstəyi ilə keçirilib. Məqsəd gənc alimlərin daha da stimullaşdırılması və maddi durumuna yardım etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...