Fondun direktoru həmçinin məcburi köşkünlərinin mənzil təminatı məqsədi ilə ölkədə gedən tikinti işləri haqda məlumat verib. Onun sözlərinə görə, ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə bu il məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkədə çox böyük işlər gedir: \"Ölkənin 9 regionunda tikinti işləri davam edir. İmişli rayonunda ümümi 550 ailə və birinci mərhələ də 325 ailə üçün nəzərdə tutulan qəsəbənin tikintisi artıq sona çatmaq üzrədir. Şəkidə 423 ailə üçün qəsəbənin tikintisi yekunlaşmaq üzrədir. Bərdədə 195 ailənin sosial problemlərini aradan qaldırmaq üçün nəzərdə tutulan qəsəbənin tikintisi başa çatır. Qəbələdə 2 ədəd 80 mənzilii binanın tikintisi davam edir. Bundan sonra 45 mənzilli fərdi evdən ibarət məhəllənin tikintisi İsmayıllıda aparılacaq. 758 ailənin məskunlaşması üçün məhəllənin tikintisi Masazır qəsəbəsində davam edir. Balakən rayonunda 45 mənzilli binanın tikintisi başlamaq üzrədir. Qazax rayonunda 24 mənzilli binanın tikintisi artıq yekunlaşıb. Ölkə prezidentinin tapşırıq və sərəncamı ilə keçən illərdən fərqli olaraq bu istiqamətdə ayrılan vəsait 3 dəfədən artıq olub. Bu il məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üçün 300 milyon vəsait ayrılıb və bunun müqabilində 4 mindən yuxarı məcburi köçkün ailəsi öz mənzil şəraitini yaxşılaşdırmaq imkanı qazanacaq\".
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru qarşıda qoyulan məsələləri vaxtında və keyfiyyətli yerinə yetirəcəklərinə ümid etdiklərini bildirib və qeyd edib ki, ilin sonuna qədər nəzərdə tutulan qəsəbə və məhəllələr yüksək keyfiyyətlə tikilib sona çatdırılacaq.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin sərəncamına müvafiq olaraq Müşfiqabad qəsəbəsində tikilən məhəllə 22 hektar ərazidən ibarətdir. Burada 1440 məcburi köçkün ailəsi üçün 20 beşmərtəbəli yaşayış binası tikilir.
Məhəllədə 1296 şagirdlik məktəb, 140 çarpayılıq uşaq bağçası, kitabxana, klub, təcili yardım stansiyası, yanğın deposu, poçt binası da tikiləcək. Məhəllə qaz, su, elektrik, mərkəzləşdirilmiş istilik sistemi ilə tam təchiz olunacaq. Tikintiyə 2 minədək işçinin cəlb olunduğu məhəllədə parkın, idman meydançasının salınması da nəzərdə tutulub.
Qeyd edək ki, cari ildə məcburi köçkünlər üçün nəzərdə tutulmuş vəsait 2,5 dəfə artırılıb. Hazırda Azərbaycanın 10-a yaxın rayonunda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tikinti işləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB