Əhalisinin artımına şərait yaratmaq məqsədi ilə Türkmənistan rəhbərliyi 8 uşağı olan qadınları "Dövlət Şərəf Medalı" ilə mükafatlandıracaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 488 min kvadrat kilometr ərazisi olan Türkmənistan 6 milyonluq əhali sayını daha da artırmaq üçün dövlət imkanlarını səfərbər edib.
Tükmənistanın hazırda əhalinin artımı üçün verdiyi qərara əsasən, çoxuşaqlı analar maye yanacaq, təbii qaz, elektrik, su kimi xərcləri ödəməyəcək. Həmçinin təyyarə də daxil olmaqla nəqliyyat vasitələrinin hər birindən ödənişsiz istifadə edəcəklər. 3 uşaqlı ailələrə isə paytaxt Aşqabadda yeni mənzil və bir avtomobil verilir. Ayrıca ailənin bütün fərdləri ictimai xidmətlərin bir çoxundan ödənişsiz olaraq faydalanacaq.
Qeyd edək ki, Türkmənistanda "Toy Mərkəzləri" adlı olduqca görkəmli və lüks şadlıq sarayları inşa edilib. Burada evlənəcək cütlüklərin toyları dövlət tərəfindən maliyyələşəcək.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB