“Jurnalistikada diffamasiya problemlərinin hüquqi və etnik aspektləri” mövzusunda konfrans keçirilib
Bu gün Bakı Avrasiya Universitetinin 20 illik yubleyinə həsr olunmuş "Jurnalistikada diffamasiya problemlərinin hüquqi və etnik aspektləri" mövzusunda elmi praktik konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda iştrak edən Bakı Avrasiya Universitetinin filalogiya və jurnalistika kafedrasının müdiri, professor Firuz Mustafayev diffamasiya, söz azadlığı və informasiya ekologiyasından danışaraq bildirib ki, əfsuslar olsun ki, bu gün reket jurnalistikası adlı anlayışın meydan gəlməsi cəmiyyətimizdə ictimai fikirlərin formalaşmasına böyük zərər vurur: Bu gün dünyanın azad söz uğrunda apardığı mübarizəni biz də apararaq informasiyanın əks istiqamətdə işıqlandırılmasının qarşısını almalıyıq\".
Tədbirdə həmçinin Azərbaycan Respublikasının əməkdar jurnalisti və Avrasiya Universitetinin filalogiya kafedrasının müəllimi İlyas Adıgözəlli çıxış edərək bildirib ki, müasir dövrdə internetin və internet saytlarının meydana gəlməsi, qəzet, televiziya və radio jurnalistikasını üstələyərək, kifayət qədər dünyada mətbuatın inkişafına şərait yaradıb. Onun sözlərinə görə, lakin hər bir media və KİV sahəsi öz-özünü senzuradan keçirməli və xəbəri düzgün işıqlandıraraq diffamasiya hallarına şərait yaratmamalıdır.
Daha sonra isə jurnalistika kafedrasının müəllimi Məsayim Abdullayev isə "Azərbaycan qanunvericiliyində diffamasiya problemi" mövzusunda çıxış edərək cəmiyyətdə baş verən qanunsuzluq və diffamasiya probleminin sivil yollarla həlli istiqamətlərini irəli sürüb.
Mənzər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB