Jirayr Libaridyan: “Dağlıq Qarabağ münaqişəsi təkcə iki ölkənin problemi deyil”

"Çünki belə vəziyyətdə birgə layihələri həyata keçirmək çox çətindir"



"Bakıya gəldiyim üçün sevinirəm. Bu tədbir nəticəsində yeni dostlar əldə etmək istəyirəm. Qafqazda yaşayanlar öz gələcəklərini görürlərmi? Biz hələ də məsələyə belə yanaşmırıq və problemlərin həllini bölgə səviyyəsində görmürük. Əvvəllər gözləntilər Moskvadan idisə, indi Brüssel, Strasburq və s. şəhərlərdən olub. İndi gələcəyimizi başqa yerdə axtarırıq". Bu sözləri Levon Ter-Petrosyanın prezidentliyi dövründə onun baş müşaviri olmuş Jirayr Libaridyan Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), "Caucasus International" və "Turkish Policy Quarterly" jurnallarının "Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri" mövzusunda Bakıda təşkil etdikləri beynəlxalq konfransda çıxışında deyib.

J.Libaridyan bildirib ki, müstəqillik əldə edildikdən sonra hər kəs "soyuq müharibə"nin başa çatdığını düşündü: "Lakin soyuq müharibə Qafqazda bitmədi, kənar qüvvələrin vasitəsilə davam edir. Bu mini "soyuq müharibə"nin nə qədər davam edəcəyini bilmirik. Artıq bəllidir ki, müstəqillik o demək deyil ki, sən necə istəyirsən elə də ola bilərsən. Kiçik ölkələrdə bu, daha çox görünür. Biz çox böyük səhvlər etmişik. Dağlıq Qarabağ münaqişəsi təkcə iki ölkənin problemi deyil. Bu, həm də Gürcüstanın problemidir. Çünki belə vəziyyətdə birgə layihələri həyata keçirmək çox çətindir".

Bütün xəbərlər Facebook səhifəmizdə