Estoniyalı nazir: \"Azərbaycan və Estoniya arasındakı ticarət dövriyyəsi 2 dəfə artıb\"
\"Son iki ildə Azərbaycan və Estoniya arasındakı ticarət dövriyyəsi 2 dəfə artıb\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Estoniya iqtisadi əlaqələr və rabitə naziri Juhan Parts deyib. O bildirib ki, hazırda iki ölkə arasındakı idxal və ixrac əməliyyatlarının həcmi 20 milyon avro təşkil edir. Nazirin sözlərinə görə, gələcəkdə bu sahədə imkanların daha da genişləndirilməsi, investisiya sahəsində böyük imkanların yaradılması istiqamətində mühüm işlər görüləcək: "Azərbaycan regionda ən sabit dövlətlərdən biridir. Bundan əlavə, Azərbaycanın son illərdə inkişafının şahidi olaraq belə uğurlara nail olan ölkə ilə əməkdaşlığımızı genişləndirməyə çalışacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB