Yunan Kipri İranın XİN rəhbərini həbs edib

Yunan Kipri İranın XİN rəhbərini həbs edib

Əli Əkbər Salehi Avropada arzuolunmaz şəxslər siyahısındadır


Yunan Kipri xarici işlər nazirinin dəvəti ilə bu ölkəyə səfər edən İran xarici işlər naziri Əli Əkbər Salehi Larnaka hava limanında terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yerli mətbuat Salehinin Avropada arzuolunmaz şəxslər siyahısında olmasını hadisəyə səbəb kimi göstərib.


Qeyd edək ki, daha sonra Kipr yunan respublikası rəsmilərinin səyləri ilə Əli Əkbər Salehi azadlığa buraxılıb.


İranın Türkiyədəki səfirliyi məsələdən xəbərsiz olduqlarını bildirsə də məlumat təkzib edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə