"Rusiya öz qoşunlarını Gürcüstandan mütləq çıxaracaq"
Gürcüstan prezidenti Mixail Saakaşvili İstanbulda reallaşan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illiyi ilə bağlı sammitdəki çıxışında Rusiyadan danışıb. Gürcüstanın Prezidenti Administrasiyasının rəsmi saytı xəbər verir ki, M.Saakaşvili ölkəsinin bütün qonşuları ilə yaxşı münasibətlərdə olduğunu vurğulayıb. "Bu baxımdan yalnız Rusiya istisnadır. Buna baxmayaraq biz Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü dəstəklədik. Biz həmin ölkə vətəndaşları üçün birtərəfli qaydada vizasız rejim tətbiq etmişik. Bu, Gürcüstanın Rusiya vətəndaşlarına vacib mesajı idi", - deyə o vurğulayıb.
M.Saakaşvilinin sözlərinə görə, Rusiya Gürcüstan üçün düşmən dövlət deyil. Gürcüstan özünün elektrik enerjisini Rusiyaya ixrac edir.
Dövlət başçısı çıxışında həmçinin Moskva ilə əlaqələrin normallaşması üçün şərtlər də irəli sürüb: "Rusiya özünün hərbi qüvvələrini Gürcüstan ərazisindən çıxartsa, bu, mütləq baş verəcək, o zaman ölkələrimiz arasındakı qarşılıqlı münasibətlər tez bir zamanda normallaşacaq. Hesab edirəm ki, bu, göründüyündən daha tez baş verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB