Təsis konfransı Bakıda keçiriləcək

Təsis konfransı Bakıda keçiriləcək

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılmasının 20 illiyi münasibətilə üzv ölkə rəhbərlərinin iştirakı ilə iyunun 26-da İstanbulda yubiley toplantısı keçirilib. SİA-nın məlumatına görə, tədbir çərçivəsində düzənlənən QHT Forumunda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərliyilə nümayəndə heyəti təmsil edib.


Şura sədri Azay Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin QHT Forumunun yaradılması və bu struktur daxilində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin tənzimlənməsi təşəbbüsü ilə çıxış edib. Təklif iştirakçı dövlətlərin nümayəndələri tərəfindən bəyənilib. QHT Forumunun təsis konfransının hazırlanması Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Birliyi Parlamentlər Assambleyasında Türkiyə qrupunun rəhbəri cənab İsmayıl Safiyə həvalə edilib.


Təsis konfransının bu il Bakıda keçirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə