Dövlət Sərhəd Xidmətinin Akademiyasında Avropa Komissiyasının maliyyə dəstəyi ilə BMT-nin inkişaf proqramı tərəfindən icra edilən ümumi büdcəsi 2 milyon avro olan "Cənubi Qafqaz ölkələrində inteqra edilmiş sərhəd idarəçilik sistemlərinə dəstək" layihəsi çərçivəsində alınmış texniki vasitələrin təhvilalma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə DSX-nin texniki imkanlarının təkmilləşdirilməsi üçün əldə olunmuş gecə və gündüz sərhəd xidmətinin müşahidəsinin aparılmasına imkan verən səyyar elektron optik müşahidə kompleksi, gecə görmə cihazları, termal kameralar və durbinlər, yüksək keçid qabiliyyətinə malik olan kvadrotsikıllar, sənədlərin yoxlanışı üçün stasionar və daşınan cihazlar, pasportların elektron məlumat bazası, nəqliyyat vasitələrin yoxlanışı üçün optik endoskop informasiya texnologiyaları avadanlığı və digər vasitələr təhsil alınıb.
Təhvil prosesində də BMT-nin rezident əlaqələndiricisi Fikrət Akçura da iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB