YAP Nizami rayon təşkilatının üzvləri hərbiçilərlə görüşüblər - FOTO

YAP Nizami rayon təşkilatının üzvləri hərbiçilərlə görüşüblər - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü münasibətilə YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət xanım Vəliyevanın başçılığı ilə Nizami rayon millət vəkili Rövnəq Abdullayevin qərargahının əməkdaşları, Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyəti, müharibə iştirakçıları, şəhid ailələrinin nümayəndələri, rayon Ağsaqqallar Şurasının üzvləri və fəal gənclər Naftalan şəhərində yerləşən \"N\" saylı hərbi hissədəki əsgərlərin görüşünə gediblər.

Əsgərlər qarşısında çıxış edən millət vəkili S.Vəliyeva bu gün Vətənin keşiyində dayanan hər bir əsgərimizin bizim üçün əziz olduğunu deyib. O, bu görüşə gəlmiş ağsaqqallarımızın, şəhid anası, şəhid atasının xeyir-duasının onlar üçün daha əhəmiyyətli olduğunu vurğulayıb.

Görüşdə iştirak edən qonaqlardan millət vəkili R.Abdullayevin köməkçisi S.Mahmudov, şəhid anası Nadiyə Nuriyeva, qadın müharibə veteranı Sevda Səfərova, Nizami rayon İcra Hakimiyyətinin şöbə müdiri Əli Axundov, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev ürək sözlərini, tövsiyələrini bildiriblər. Daha sonra Adil İsgəndərov adına Mədəniyyət Evinin yaradıcı heyətinin konsert proqramı təqdim olunub. Əsgərlərlə bu bayram gününü qeyd edən qonaqlar hamılıqla rəqs ediblər.

Əsgərlərə bayram sovqatı və istirahət saatlarının səmərəli keçməsini təmin edəcək texnika hədiyyə edilib. Beləcə, Vətənimizin keşiyində, səngərdə dayanan əsgərlərimiz möhtəşəm bir bayram günü yaşayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə