Böyük İpək Yolu üzərində yerləşən ölkələrin gənclərinin yeni platforması yaradılacaq

"Hər bir sahə üzrə mövcud inkişafdan istifadə edərək gəncləri birləşdirmək lazımdır. Bunun üçün isə gənclərin yeni beynəlxalq platforması yaradılmalıdır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, Bakı şəhəri həm şərqlə qərbin birləşdiyi məkandır.


"Ölkəmizin Böyük İpək Yolunun mərkəzində yerləşməsi isə bu ölkə gənclərinin birləşməsində mühüm rol oynayır. Düşünürük ki, gənclərin birləşməsində vacib olan amillərdən biri də onların platforma ətrafında toplanmasıdır. Bizləri ən çox düşündürən gənclər tərəfindən yeni təşəbbüslərin hazırlanmasıdır. Böyük İpək Yolunda yerləşən ölkələrin gənclərinin yeni platformasının yaradılması onlar üçün yeni maraqlar və imkanlar açacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə