Gəncədə işlə təmin olunana vətəndaşların sayında artım müşahidə olunur

Gəncədə işlə təmin olunana vətəndaşların sayında artım müşahidə olunur

Gəncə şəhər Məşğulluq Mərkəzinin direktoru Abil Tağıyevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, bir il ərzində qeydiyyata götürülən 412 nəfər vətəndaşdan təxminən 355 nəfəri daimi işlə təmin edilib. Digər maraqlı fakt isə bundan ibarətdir ki, sözügedən qurumda tam 300 boş iş yeri var, ancaq vakant yerlərdə çalışmaq istəyənlərin sayı azdır.

Bütün bunlarla yanaşı ötən illərdən qalan bəzi problemlər hələ də müşahidə edilməkdidr. Bu gün də bəzi idarə və müəssisələr vakant iş yerləri barədə məlumtaları gizlədir. Problemin həlli istiqamətində isə yeni sərt tədbirlərin icrasına başlanılacaq.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə