Sumqayıtda Əlil uşaqlara diqqət davam edir

Qızıl Aypara Cəmiyyətinin (QAC) Sumqayıt şəhər bölməsi dənizkənarı gəzinti təşkil edib. SİA-nın məlumatına görə, adı çəkilən cəmiyyətin Sumqayıt şəhər bölməsi Avstriya Qızıl Xaç Cəmiyyətinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Əlil uşaqların sosial inteqrasiyası" layihəsi çərçivəsində 15 nəfər könüllünün dəstəyi ilə 30 nəfər əlil uşaqla evlərində fərdi olaraq məşğul olur. Baş təlimatçı Fizzə Qədimovanın SİA-ya verdiyi məlumata görə, qüsurlu uşaqlara müəyyən bilikləri aşılamaq, onların əyləncəsini təmin etmək və cəmiyyətlə kompleksiz ünsiyyət qurmaqda yardımçı olmaq kimi məsələlər əsas məqsədlər sırasındadır. Bu uşaqların istəkləri də diqqətdən yayınmayıb:


"Belə ki, 15 nəfər əlil uşağa notbuk, 4 nəfər uşağa isə əlil arabası alınaraq "Qızıl Xaç və Qızıl Aypara günü" münasibəti Sumqayıt şəhərində ilə təşkil olunmuş respublika tədbirində paylanılıb. Layihə çərçivəsində əlil uşaqların istirhətinin səmərəli təşkil edilməsi istiqamətində bir günlük dənizkənarı gəzinti təşkil edilib".


Könüllülərin dəstək verdiyi qüsurlu uşaqların valideynləri də Novxanı çimərliyinə təşkil olunan gəzintidə iştirak edib. İstirahəti zamanı könüllülər tərəfindən çimərliyin ərazisində Aypara çadırı qurulub və gəzinti iştirkçıları üçün süfrə açılıb. Bununla yanaşı, müxtəlif oyunlar və viktorinaların keçirilməsi uşaqların istirahətini daha da rəngarəng edib.


QAC Sumqayıt şəhər bölməsinin kollektivi və balaca dostlar "Azərikimya" İB-nin rəhbərliyinə gəzinti iştirakçılarını nəqliyyatla təmin etdiyinə görə təşəkkür ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...