“Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri”

İyunun 28-də "Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), "Caucasus International" və "Turkish Policy Quarterly" jurnallarının birgə təşkilatçılığı ilə baş tutacaq. Konfransda Cənubi Qafqaz ölkələrini və Türkiyə Respublikasını təmsil edən bir sıra ekspertlər iştirak edəcək.

Konfransda region dövlətlərinin müstəqillik əldə edilməsinin şahidi olmuş üç şəxsin ötən əsrin 90-cı illərinin əvvəllərinə aid hadisələrin açıq və səmimi təsvirini verəcəyi, regional və qlobal səviyyədə milli identikliyin, yenidən iqtisadi strukturlaşmanın, təmsil etdikləri ölkələrin regional və qlobal miqyasda məqsəd və strategiyaları barədə fikirlərini bildirəcəkləri nəzərdə tutulur.

Hər üç ölkənin iqtisadi və siyasi baxışlarının inkişafı, mövcud tarazlığın dəyişməsi perspektivləri, Rusiya, Avropa İttifaqı, Türkiyə və ABŞ-ın regiondakı münaqişələrin həllində gələcək fəaliyyətləri müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə