Millət vəkili Qara Dəniz QHT Forumunda iştirak etmək üçün Türkiyəyə gedib

Millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri Qənirə Paşayeva Qara Dəniz Qeyri-Hökumət Təşkilatları Forumunda və QDİƏT hökumət və dövlət başçılarının sammitində iştirak edəcək. SİA-nın verdiyi məlumata görə, forum qeyri-hökumət təşkilatlarının iştirakı ilə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20-ci ildönümü ilə bağlı təşkil ediləcək tədbirlər çərçivəsində Türkiyənin İstanbul şəhərində baş tutacaq. Millət vəkili Qənirə Paşayeva forumda geniş məruzə ilə də çıxış edəcək.


Qara dəniz region ölkələrində QHT-lər üçün platformun yaradılması məqsədini daşıyan forumda gələcək əməkdaşlıq imkanları, mövcud regional inkişaf məsələləri müzakirə ediləcək, habelə təcrübə mübadiləsi üçün imkanlar yaradılacaq.


Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20-ci ildönümü 26 iyun 2012-ci il tarixdə İstanbulda QDİƏT hökumət və dövlət başçılarının sammiti ilə qeyd ediləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə