Türkmənistan da quruma müşahidəçi qismində qoşula bilər
Bu ilin payızında Bişkekdə türkdilli ölkələrin dövlət başçılarının sammiti keçiriləcək və TürkPA həmin sammitdə yaxından iştirak edəcək. Bunu jurnalistlərə açıqlamasında TürkPA-nın baş katibi Ramil Həsənov deyib.
Türkmənistanın quruma qoşulmamasının səbəbləri ilə bağlı jurnalistlərin sualını cavablandıran TürkPA-nın baş katibi deyib ki, dövlət başçılarının sammitində Türkmənistan prezidenti iştirak edərsə, bu ölkənin qurumda müşahidəçi qismində təmsil olunmasına ümid etmək olar.
Ramil Həsənov onu da diqqətə çatdırıb ki, bu ilin sentyabr-noyabr aylarında TürkPA-nın 4 daimi komissiyasının iclası keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB